banner image

  

PDF faylını al

“Alimlərin fermerlərlə əlaqəsinə yardım” ictimai birliyi

Birliyin əsas məqsədi elmin, təhsilin bu və ya digər sahə üzrə çalışan alimləri, elmi-pedaqoji işçiləri və fermerləri birləşdirməkdən, onların birgə fəaliyyətini təmin etməkdən ibarətdir.

Birliyin vəzifələri aşağıdakılardır:

1.Alimlərin fermerlərə köməyini təyin edir.

2. Ekologiyanın və ətraf mühitin, Azərbaycanın fauna və floranın qorunmasına, bu sahədə təbliğat aparmağa, əhalinin ekoloji savadlandırılmasına xidmət edir.

3. Azərbaycanda ekoloji turizmin inkişafına, möhkəmlənməsinə, geniş yayılmasına, bu sahədə təbliğatın və müxtəlif işlərin aparılmasına,  respublikamızın fauna və florasının xaricdə tanınmasına, təbliğinə ,Azərbaycanda turizmin inkişafına, bu sahədə işlərin təşkilinə kömək edir.

4.Müxtəlif sahələrdə çalışan fermer təsərrüfatlarının əlaqəsini yaradır, birgə işini təmin edir.

5. Fermerlərin məhsuldar bitki və heyvan sortları ilə təchiz olunmasına kömək edir. Müxtəlif sahələrdə fəaliyyət göstərən fermer təsərrüfatlarının təşkilinə, biznes planının hazırlanmasına kömək edir.

Birlik xarici dövlətlərdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə əlaqə qürur və birgə layihələr həyata keçirir, sərgilər, görüşlər, konfranslar, seminarlar, kurslar və s. tədbirlər həyata keçirir; Azərbaycan respublikasının dövlət orqanları və bələdiyələri ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəlikləri təsis etmək, müxtəlif beynəlxalq qeyri hökümət təşkilatlarına qoşulmaq, ittifaqlar yaratmaq, nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Birliyin hüquqi ünvanı: Bakı şəhəri, Bakixnov qəsəbəsi, 4090/94 məh.. ev 1/5, mənzil 81.