banner image

Entomoloji mərkəz

Çap PDF faylını al

Entomoloji mərkəz

 

Entomoloji mərkəzin məqsədi respublikamızda yayılmış həşəratların növ müxtəlifliyini öyrənmək, onların yayılmasını, biosenozlarda rolunu aydınlaşdırmaqdan ibarətdir. Aşağıdakı vəzifələri vardır:

1) Azərbaycan respublikasında yayılmış həşəratların növ tərkibini, faunasını biomüxtəlifliyini  tədqiq etmək.

2) Bitkilərə zərər verən həşəratları tədqiq etmək, onların respublikada yayılmasını və bitkilərlə əlaqəsini aydınlaşdırmaq.

3) Bitki zərərvericilərinin say tənzimində rol oynayan faydalı entomofaqları – parazit yırtıcıları müəyyənləşdirmək, onların zərərvericilərlə münasibətini aydınlaşdırmaq.

4) Azsaylı və nəsli kəsilmək üzrə olan həşərat növlərini müəyyənləşdirmək, onların qorunmasını təşkil etmək.