banner image

BİLDİRÇİN ƏTİ VƏ YUMURTASININ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ

Çap PDF faylını al

 

     Müasir dövrdə ətraf mühitin çox böyük dərəcədə çirklənməsi insanlar arasında müxtəlif xəstəliklərin yaranmasına və artmasına səbəb olmuşdur. Son illərdə müxtəlif allergik xəstəliklərin sayı əhəmiyyətli dərəcədə çoxalmışdır. Yaşlı nəslin əksəriyyəti, uşaqların isə 80%-ə qədəri bu və ya digər allergik xəstəliklərdən əziyyət çəkirlər. Həkimlər bildirçinin ətini və yumurtasını radioaktiv şüalanmaya və allergiyaya qarşı ən qiymətli vasitə hesab edirlər.

     Bildirçin yumurtası çox qiymətli, hətta müalicəvi əhəmiyyətə malik olan qida maddəsidir. Onun tərkibində çoxlu miqdarda vitaminlər və mikroelementlər vardır, xolestrin isə tamamilə yoxdur. Bildirçin məhsullarına tələbat ildən-ilə artır. Mütəxəssislərin məlumatlarına görə, bu yumurtalara olan tələbat 4 dəfə çoxdur.

     Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində, bildirçin yumurtaları isə kişilərdə tonusun artmasında, qadınlarda sonsuzluğun müalicəsində böyük əhəmiyyətə malikdir.

     Bildirçin yumurtasının tərkibindəki  A, B1, B2, B3, E və s. vitaminlər toyuq yumurtasına nisbətən daha çoxdur. Bildirçin yumurtası antibakterial xassəyə malikdir. Məhz buna görə də bildirçin yumurtası uzun müddət qaldıqda quruyur, amma xarab olmur. Otaq temperaturunda 30 gün, soyuducuda isə 60 günə qədər saxlamaq olur.Bu yumurtalar xroniki xəstəlikləri, əsəb sisteminin pozulması, ürək xəstəliyinin, onikibarmaq bağırsağın və mədə yarasının, həzm pozğunluğunu müalicə edir. Həmçinin bronxial astma, şəkər, vərəm, qan azlığı xəstəliklərinin müalicəsində də istifadə edilir. Bu müalicə kursu 200-250 yumurta miqdarında olur. Adi toyuq yumurtalarına qarşı allergiyası olan xəstələr üçün bildirçin yumurtası daha məsləhətlidir. Dəri ekssudativi və neyrodermiti olan uşaqlarda allergik hal olmur.

     Hər adam sistematik olaraq gündə səhər-axşam 4-5 ədəd bildirçin yumurtası içməlidir. Üstündən az miqdarda ilıq su içməsi məsləhətdir. Müalicə müddəti 3-4 ay məsləhət görülür. Müntəzəm çiy bildirçin yumurtasından istifadə edən uşaqlar öz həmyaşıdlarından fərasətli olur, çox az xəstələnir və tez inkişaf edirlər.

     Digər müalicəvi təsirləri də vardır. İmmuniteti, yaddaşı möhkəmləndirir, orqanizmdən radionuklidləri və ağır metalları çıxarır, qanda xolesterinin miqdarını azaldır və xolesterin mübadiləsini tənzimləyir, hamiləliyin pozulmasının qarşısını alır, toksikozu aradan qaldırır.

     Bildirçin məhsulları nəinki tibbdə, kulinariyada, eləcə də kosmetika sənayəsində - kremlər, şampunlar və digər məhsulların istehsalında geniş istifadə olunurlar.

     Əgər özümüzü, yaxınlarımızı sağlam və gümrah görmək istəyiriksə gəlin  hamılıqla bu “qızıl” quşları sevək və onların məhsullarından daha çox istifadə edək.